12 mart 2024 at 11:44
Jurnalist kodu: 5487
Xəbər kodu: 85416237
T T
0 Persons

Tags

İran Prezidentinin köməkçisi İsrailin BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasını tələb edib

Nyu York - İRNA - İran Prezidentinin köməkçisi İnsiyyə Xəzəli Birləşmiş Millətlər Təşkilatının Qadınların Vəziyyəti üzrə Komissiyasının iclasında İsrail tərəfindən "bir neçə onilliklər ərzində milyonlarla qadın və uşağa qarşı təcavüz və qətlə" toxunaraq deyib: “İranın qüdrətli qadınları adından və dünyanın müqavimətli və sülhsevər qadınları ilə həmrəy olaraq bu komissiyadan terrorçu İsrail rejiminin üzvlüyünün ləğv edilməsini tələb edirəm.”

İran Prezidentinin qadın və ailə məsələləri üzrə köməkçisi İnsiyyə Xəzəli bazar ertəsi Nyu-Yorkda BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 68-ci iclasındakı çıxışında deyib: “Bu gün dünyanın azad insanları milyonlarla qadın və uşağın onilliklər boyu didərgin düşməsi, təcavüzə məruz qalması və qətlə yetirilməsinə görə məsuliyyət daşıyan rejimin Birləşmiş Millətlər Təşkilatının Qadınların Vəziyyəti üzrə Komissiyasında yeri olmayacağını gözləyir. Ona görə də İranın qüdrətli qadınları adından və dünyanın müqavimətli və sülhsevər qadınları ilə həmrəy olaraq bu komissiyadan terrorçu İsrail rejiminin üzvlüyünün ləğvini tələb edirəm.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .